Dərc edildi: Baxış sayı: 457
Zelenski: Ordumuz NATO-ya uyğunlaşdırılacaq
Ukrayna Prezidenti Vladimir Zelenski silahlı qüvvələrin sözdə deyil, əməldə NATO standartlarına uyğunlaşdırılacağı vədini verib.
Axar.az xəbər verir ki, o, bunu Donbasda ukraynalı əsgərlərlə görüş zamanı söyləyib.
Görüş Prezidentin ofisinin Feysbuk səhifəsində canlı yayımlanıb.
“Ordusuna dəstək verməyən və qayğı göstərməyən ölkəyə heç kim hörmət etməz. Buna görə biz Ukrayna Silahlı Qüvvələri üçün tələb olunan dəyişiklikləri həyata keçirmək məqsədilə əlimizdən gələni edəcəyik”, - deyə Zelenski bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət