Slimfit
  1. DÜNYA

Zelenski: “Müharibəyə başlamayacağam”

Zelenski: “Müharibəyə başlamayacağam”
Sakura

Zelenski: “Müharibəyə başlamayacağam”

“Ukraynanın işğal altında olan ərazilərindən hərbi qüvvələr çıxarılmayanadək, orada heç bir seçki keçirilə bilməz”.

APA-nın xəbərinə görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Times”a müsahibəsində deyib.

“Atılacaq addımlardan birincisi, dəqiq vaxt ərzində əsir və saxlanılanların mübadiləsidir. İkincisi, düşünürəm ki, atəşkəsdir. Bu məqam əvvəlki razılaşmalarda və bəyanatlarda prioritet olaraq göstərilib. Etiraf edək ki, atışmalar səngiyib. Lakin hələ tam atəşkəsə nail olunmayıb. Buna görə də atəşkəsə nail olmalıyıq. Bu ilk iki məqam insanların həyatı ilə əlaqədardır. Buna görə bunlar mənim üçün çox vacibdir. Seçkilər məsələsini də vurğulamaq istərdim. Seçkilərdən öncə bütün hərbi qüvvələr çıxarılmalı, növündən, qrupundan, hərbi formasından, silahından asılı olmayaraq, bütün qeyri-qanuni qruplaşmalar tərksilah edilməlidir. Qeyd etdiyim 3 məqamı həll etdikdən sonra bizim müharibəni sonlandırmaq istəyimiz təsdiqlənəcək. Biz Ukrayna olaraq bunu həqiqətən istəyirik. Lakin bu həm də Rusiyanın həmin niyyətdə olması anlayışını yaradacaq. Təbii ki, qüvvələr işğal altında olan ərazilərimizdən geri çəkilməyənədək, biz seçkilərin keçirilməsinə razılaşmayacağıq", - deyə V. Zelenski bildirib.

Rusiya ilə danışıqların nəticəsiz qalma ehtimalı ilə bağlı sualı cavablandıran Ukrayna Prezidenti qeyd edib ki, o, Donbasda müharibəyə başlamayacaq: “Baxın, biz burda öz evimizdəyik. O torpaqlar bizimdir və əlimizdən alınıb. Mən Donbasda müharibəyə başlamayacağam. Bilirəm ki, xeyli emosional insan var, xüsusilə də, “Gəlin gedək döyüşək və torpaqları geri qaytaraq!” deyənlər olur. Lakin bunun bədəli, qiyməti nə olacaq?! Bu isə insanlarımızın taleyi və torpaqlarımızla bağlı olan başqa bir hekayədir. Mən bunu etməyəcəyəm. Əgər bu addımım cəmiyyəti qane etməyəcəksə, o zaman yeni bir lider gələcək və xalqın tələblərini yerinə yetirərək onları razı salacaq. Lakin mən heç vaxt buna getməyəcəyəm, çünki mənim həyatdakı mövqeyim belədir: insan varlığı hər şeydən üstündür! Mən insanları ora göndərə bilmərəm. Yüz minlərlə insan həyatını itirəcək, Ukraynada müharibə yenidən başlayacaq və daha sonra bütün Avropaya yayılacaq”.

V. Zelenski vurğulayıb ki, rusiyalı həmkarı Vladimir Putinlə onun arasında 3 dəfə telefon danışığı olub: “Düşünürəm ki, danışıqlar səmərəli idi. Biz öz dənizçilərimizi geri ala bildik. Divarlar arxasında ağır şəraitdə saxlanılan siyasi məhbuslarımızı geri qaytara bildik. Bütün bunlar çox vacibdir”.

Ukrayna Prezidenti V. Putinə inamının olub-olmamasına da münasibət bildirib.

“Düzünü deyim, mən heç kimə güvənmirəm. Siyasət dəqiq bir elm deyil. Buna görə məktəbdə riyaziyyatı çox sevirdim. Riyaziyyatda hər şey mənə aydın idi. Bir tənliklə hər şeyi həll edə bilərsiniz. Ancaq burada yalnız dəyişənlər deyil, ölkəmizdəki siyasətçilər var. Bu insanları tanımıram. Onların istəklərini başa düşə bilmirəm. Buna görə hamının bir-birinə etibar edə biləcəyini düşünmürəm. Hamının sadəcə maraqları var”, - deyə V.  Zelenski əlavə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR