Slimfit
  1. DÜNYA

Zelenski: Bizim məqsədimiz NATO-ya üzv olmaqdır, Ukrayna buna layiqdir

Zelenski: Bizim məqsədimiz NATO-ya üzv olmaqdır, Ukrayna buna layiqdir
Sakura

Zelenski: Bizim məqsədimiz NATO-ya üzv olmaqdır, Ukrayna buna layiqdir

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, onların məqsədi NATO-ya üzv olmaqdır və o, buna layiq olduqlarına inanır.

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki,  Ukrayna prezidentinin ofisindən verilən yazılı açıqlamaya görə, Vladimir Zelenski Almaniyada keçirilən 60-cı Münhen Təhlükəsizlik Konfransında çıxış edib.

Zelenski Ukrayna qoşunlarının Donetsk vilayətinin Avdiyivka şəhərindən çıxarılması qərarının məntiqli və ədalətli olduğunu, çünki lazımi silahlar gələnə qədər ukraynalıların həyatını qoruduğunu bildirib: “Biz xalqımızı, əsgərlərimizi qoruyuruq, çünki müdafiə bu deməkdir”, - deyib.

Zelenski xatırladıb ki, Avdiyivkadakı Ukrayna qoşunları mühasirəyə düşməmək üçün başqa sərhədlərə çəkilib: “Bu, o demək deyil ki, insanlar kilometrlərlə geri çəkildilər və Rusiya nəyisə ələ keçirdi. Rusiya heç nə əldə etməyib. Rusiya 2 illik müharibədə şərqdə nəsə etməyə çalışdı. Onlar bir neçə kənd və şəhəri dağıdıblar, amma hər şeydən çox həyatımızı məhv etdilər", - deyə prezident qeyd edib.

Əllərində olan silahların kifayət etmədiyinə işarə edən Zelenski: "Uyğun silahları gözləyəcəyik. Uzaq mənzilli silahlarımız yoxdur, bu da hərbçilərimizin təhlükə altında qalması dekək idi. Biz əsgərimizi bu təhlükədən qorumağa məcur idik. Rusiyada uzaq mənzilli silahlar var, bizdə isə çox azdır. Bütün həqiqət budur. Ona görə də bu gün əsas silahımız əsgərlərimizdir, biz xalqımızın və tərəfdaşlarımızın dəstəyinə arxalanırıq”, - deyə o bildirib.

Ukraynanın artilleriya və uzaqmənzilli silahlara ehtiyacı olduğunu deyən Zelenski bu mövzuda tərəfdaşlarından dəstək gözlədiklərini bildirib. Rusiyaya qarşı havada üstünlük əldə etdiklərini iddia edən Zelenski, hava hücumundan müdafiə sistemlərinin təchizatının Ukrayna əsgərlərinin irəliləməsinə kömək edəcəyini bildirib.

Zelenski: "Tərəfdaşlarımıza minnətdarıq. Biz "Patirot", "IRIS-T", "NASAMS" hava hücumundan müdafiə sistemlərini almağa başladıq. Lakin bunlar sürətlə irəliləmək üçün kifayət deyil. Həll yolu çox sadədir, insanlar bizim hava hücumundan müdafiə sistemlərimizin quraşdırıldığı yerlərə qayıdır və bu, şəhərdə dağıntıların azalmasına xidmət edir”, - deyə o bildirib.

Ukraynanın NATO-ya üzvlük prosesinə toxunan Zelenski: “Məqsədimiz NATO-ya üzv olmaqdır. İnanıram ki, biz buna layiqik. Biz Ukraynanı Alyansa yaxınlaşdırmaq üçün əlimizdən gələni edəcəyik”, - deyib.

Zelenski bildirib ki, Ukraynanın NATO-ya dəvət edilməsi müttəfiq qərardır və hələlik bütün liderlər bunu dəstəkləmir, ona görə də bu istiqamətdə səylər davam edəcək. “Görünür bəzi dövlət rəhbərləri hələ də Ukraynanın düşdüyü vəziyyəti düzgün qiymətləndirə bilmirlər. Biz iki ildir Rusiya orusuna müqavimət göstəririk. Müttəfiqlərimizin köməyi ilə onları Ukrayna ərazisindən tamilə çıxaracağımıza əminik və mübarizəmizin düzgün qiymətləndirilməsini, müttəfiq çatışmazlıqların nəzərə alınmasını istəyirik”, - deyə o qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR