Slimfit
  1. DÜNYA

Zelenski: "Baxmut uğrunda döyüşdə qalib gəlmək nə üçün vacib sayılır?"

Zelenski: "Baxmut uğrunda döyüşdə qalib gəlmək nə üçün vacib sayılır?"
Sakura

Zelenski: "Baxmut uğrunda döyüşdə qalib gəlmək nə üçün vacib sayılır?"

Ukrayna lideri Vladimir Zelenskinin fikrincə, ordu Baxmut uğrunda döyüşdə qalib gəlməsə, ölkəsi üzərində Rusiyaya təslimçi güzəştlərin verilməsi yönündə təzyiqlər artacaq.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Zelenski “Associated Press”ə müsahibəsində danışıb.

“Əgər o (Rusiya prezidenti Vladimir Putin – red.) bir az qan hiss etsə, bizim zəif olduğumuzu hiss etsə – daha çox təzyiq edəcək və üzərimizə gələcək”,-deyə dövlət başçısı bildirib.

Prezidentin sözlərinə görə, Baxmut itirilsə, Putin bu qələbəni Qərbə, öz cəmiyyətinə, Çinə, İrana satacaq.

Prezident vurğulayıb ki, Baxmut uğrunda döyüşdə məğlub olacağı təqdirdə, Ukrayna cəmiyyəti özünü yorğun hiss edəcək və güzəştə getməyə çalışacaq. Amma indiyə qədər o, bu təzyiqi hiss etmir.

Qeyd edək ki, bu ilin martın 28-də Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı Aleksandr Sırski bildirib ki, Rusiya ordusunun Donetsk vilayətinin Baxmut şəhərini ələ keçirmək cəhdlərini dayandırmadığını söyləyib. Onun sözlərinə görə, Ukrayna qüvvələrinin vəzifəsi düşmənə bu istiqamətdə ağır itkilər verdrib onu tükəndirməkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR