Dərc edildi: Baxış sayı: 606
Zelenski Baş nazirlə bağlı hüquq mühafizə orqanlarına göstəriş verdi
Ukrayna prezidenti Vladimir Zelenski Baş nazir Aleksey Qonçarukun istefasını dəyərləndirəcəyini rəsmən açıqlayıb.
Publika.az-ın xəbərinə görə, dövlət başçısı həmçinin hüquq mühafizə orqanlarından Aleksey Qonçarukun səsinin gizlicə yazılması ilə bağlı məsələnin araşdırılmasını tələb edib. Zelenski bunun üçün hüquq mühafizə orqanlarına iki həftə vaxt verib.
Xatırladaq ki, Baş Nazir Aleksey Qonçaruk vəzifəsindən istefa verdiyini bəyan edib. Buna səbəb onun prezident barəsində səsləndirdiyi fikirlərin sosial mediada yayılmasıdır.
Anar Türkeş
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət