Slimfit
  1. SİYASƏT

Zelenski Bakıda mağaza açılışı etdi

Zelenski Bakıda mağaza açılışı etdi
Sakura

Zelenski Bakıda mağaza açılışı etdi

Dekabrın 17-də Bakıda “Ukrayna Məhsulları” ticarət şəbəkəsinin mərkəzi mağazasının açılışı olub. 

AZƏRTAC xəbər verir ki, ölkəmizdə rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski açılış mərasimində iştirak edib. 

Ukrayna Prezidenti yeni açılan mağazada yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, “Ukrayna Məhsulları” ticarət şəbəkəsi artıq iki ildən çoxdur ölkəmizdə fəaliyyət göstərir və Bakıda doqquz mağazası var. Ticarət şəbəkəsinin mağazalarında Ukraynadan gətirilən geniş çeşiddə ərzaq və içki məhsulları satılır. 

Diqqətə çatdırılıb ki, gələn ilin fevralında Bakıda “Ukraynska Xata” adlı restoran da istifadəyə veriləcək. 

Azərbaycan ilə Ukrayna arasında ticarət əlaqələrindən və dostluq münasibətlərindən danışan Prezident Vladimir Zelenski deyib: 

-Bizim dövlətlərimiz arasında tarixi münasibətlərimiz var. Mən düşünürəm ki, əlaqələrimiz təkcə qarşılıqlı iqtisadı maraqlara və investisiya mühitinə əsaslanmır. Əlaqələrimiz daha yüksək səviyyədədir. Hər şeydən öncə zənnimcə, bu, xalqlarımız arasında bir-birinə olan rəğbətdir. Xalqlarımız bir-birinə qarşı isti münasibət bəsləyirlər. Bu, mənim Bakıya Prezident kimi birinci səfərimdir, birinci olsa da, sonuncu olmayacaq. Düşünürəm ki, səfərlərin sayını artırmaq lazımdır. İstəyərdik ki, Azərbaycanın ticarət imkanları Ukraynada geniş təqdim olunsun və əksinə. 

 

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR