Dərc edildi: Baxış sayı: 233
Zelenski Aİ-ni Ukraynaya 35 milyard avro ayırmağa çağırıb
Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqı (Aİ) liderlərini Ukraynaya mümkün qədər tez 35 milyard avro ayırmağa çağırıb.
Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Zelenski bu gün Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı liderləri qarşısında çıxışı zamanı deyib.
“Rusiyanın dondurulmuş aktivlərindən 50 milyard dollarla bağlı G7 qətnaməsi çərçivəsində Ukraynaya 35 milyard avro ayırmaq barədə siyasi qərarınız son dərəcə vacibdir və mümkün qədər tez həyata keçirilməlidir. Rusiya dəymiş ziyanı ödəməlidir”, - deyə Zelenski bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət