Slimfit
  1. DÜNYA

Zelenski 100 gündə nə etdi? - Politoloq rəyi

Zelenski 100 gündə nə etdi? - Politoloq rəyi
Sakura

Zelenski 100 gündə nə etdi? - Politoloq rəyi

Vladimir Zelenskinin Ukrayna prezidenti seçilməsinin 100 günü tamam oldu. Bu 100 gün haqqında nə demək olar? Zelenski prezident seçiləndən sonra parlamenti buraxaraq erkən seçkilər təyin etdi və onun “Xalqın xidmətçisi” partiyası böyük səs çoxluğu ilə qələbə qazandı. Zelenski doğru gediş etdi. Çünki, o parlament seçkilərinnin keçiriləcəyi oktyabr ayını gözləsəydi, özünün və partiyasının reytinqinin enməsi ehtimalı var idi və payızda daha az səslə qələbə qazana bilərdi.
Azvision.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun fikrincə, parlament seçkisində partiyasının böyük qələbəsi Zelenskinin 100 gündəki yeganə uğuru sayıla bilər: 

"Zelenski hələ baş nazir təyin etməyib və iqtisadi islahatlara başlamayıb. İtirilən torpaqların necə geri qaytarılacağı sualı da açıq qalır. Zelenski ölkəni dəyişmək istəyir, xalqı üçün rifah arzulayır, korrupsiyanın kökünü kəsəcəyinə ümid edir. Ancaq bu arzu və istəkləri Ukrayna kimi qarışıq və oliqarxların baş rol oynadığı ölkədə həyata keçrimək çətindir". 



Politoloq qeyd edib ki, digər tərəfdən bəzi Qərb ölkələri Rusiyanın Krımı ilhaqına və Donbass separatçılarına verdiyi dəstəyə baxmayaraq, Moskva ilə köhnə əlaqələrini bərpa etməyə çalışırlar, hətta Rusiyanın “böyük yeddiliyə” geri qaytarılması mövzusunu ortaya atırlar. Bu isə Ukraynanın xeyrinə olan məsələ deyil. 

"Bu gedişat Zelenskinin ölkə daxilindəki problemlərini artıracaq. Qış ayları yaxınlaşdıqca Zelenski Ukraynanı necə qızdıracağı, maliyyənin kasad olduğu ölkədə yanacağı hardan alacağı sualı üzərində baş sındırmalı olacaq". 

Qeyd edək ki, Vladimir Zelenski bu ilin aprel ayında Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda Petro Poroşenkonu məğlub edərək ölkənin yeni rəhbəri seçilib. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR