Slimfit
  1. PSİXOLOGİYA

Zehni gücümüzü artırmağın ən yaxşı üsulu

Zehni gücümüzü artırmağın ən yaxşı üsulu
Sakura

İnsanlara başlarının içində nə baş verdiyini görmək imkanı verilsə, onlar vaxt itirmədən ağrını unudar,…

Əgər bu, bir çoxumuz üçün əlçatan olsaydı, hər şey başqa cür cərəyan edərdi.

Hər birimiz hiss və duyğularımızın öhdısindən müəyyən bir şəkildə gəlirik.

Məsələn, stresli məqamda dərindən nəfəs alaraq özümüzü sakitləşdirmək; kəskin diş ağrısını meditasiya vasitəsilə azaltmağa çalışmaq kimi vasitələrə əl atırıq.

Yaxud da ümidsiz ovqatda olanda özümüzü təbiətin qoynunda təsəvvür etməyə çalışırıq. Oxşar üsullardan yararlananlar bunların işə yaradığını bilirlər, amma müəyyən dərəcədə.

Ağrı, narahatlıq, depressiya, qorxu və həzz kimi emosiyalar və duyğuları yaşadıqca başınızın içində nə baş verdiyini görə bilsəniz heç də pis olmazdı, elə deyilmi? Anidən hissləriniz sizin üçün sirr olmaqdan çıxar və gündəlik qayğılarla üstün gəlmək üçün istifadə etdiyiniz kiçik üsulların effektivliyini aydın görə bilərsiniz.

Bu ideya, "real-vaxt fMRT" adlanan yeni üsuldur.

Zehni fəndlər və strategiyaları işə salan zaman beyin aktivliyimiz haqqında spesifik vizual məlumat əldə etməklə, emosiyalar, hisslər və istəklərimizi şüurlu şəkildə idarə etmək vərdişi formalaşdıra bilərik.

Məşq edərək şüurumuz üzərində olan idarəmizi möhkəmləndirmək mümkündür.

Virtual alovun idarəsinə köklənməklə insanlar hiss etdikləri ağrını azalda biliblər

 

Real-vaxt fMRT-si ilk dəfə 2005-ci ildə tədqiqatçıların ağrı üzərində hökm etmək araşdırması zamanı tətbiq olunub.

Dərisində yandırıcı istilik hiss edən səkkiz nəfər skanerə uzadılıb. Tədqiqatçılar onlara, beyində ağrı yaradan rostral hissənin aktivliyini əks etdirən virtual alovu iştirakçılara təqdim ediblər.

"Ağrı amilindən uzaqlaş və ya yaxınlaş" və "amili yüksək və aşağı gərginlikdə qavramaq cəhdi" də daxil olmaqla, bir neçə fərqli qavrama üsulları vasitəsilə iştirakçılar, beyində ağrıya cavabdeh hissənin elektrik aktivliyini birbaşa dəyişməklə alovun "ölçüsünü" idarə etməyi öyrəniblər.

Ən mühümü isə bu nevroloji siqnalın artma və ya azalması, ağrının subyektiv hissdən asılı olub və anket və 10 ballı ağrı cədvəli üzrə ölçülüb.

Təəccüblü olsa da, iştirakçılar 13 dəqiqəlik bir sessiya ərzində alovun ölçüsünü idarə etməyi öyrənmiş və ağrılarını 50%-ə qədər azalda bilmişdilər.

O zamandan bəri real-vaxt fMRT geniş yayılıb və onun hər ay yeni klinik və təcrübəvi yolları tətbiq olunur.

Beyin aktivliyini insanlara göstərməyin yollarına virtual eynəklər vasitəsilə audiosəslər və ya 'termometr ekranı' da daxildir.

Bu il aparılan və Appetite jurnalında dərc olunan bir araşdırmada məşğələlərin piylənmə ilə mübarizə üçün faydalı olacağı göstərilib.

Dördgünlük məşğələ prosesi ərzində artıq çəkili kişilərdə beynin icra funksiyası ilə mükafat hissi yaradan hissələri arasındakı əlaqə artıb. Belə ki, onlarda özünüidarə yüksəlib və bu da sağlam qida seçiminə yol açıb.

Bu il dərc olunan başqa bir tədqiqatda müəyyən edilib ki, Diqqət Çatışmazlığı Hiperaktivlik Pozuntusu (DÇHP) olanlarda aşağı sağ ön beyin üzərində idarəni öyrənməklə həddi-büluğa çatmış insanlar DÇHP simptomlarını azalda və davamlı diqqəti artıra bilərlər.

11 ay sonra iştirakçılar yenidən yoxlanıb və sınağın faydaları da olduğu kimi qalıb. Məşğələ həqiqətən də beyində uzunmüddətli təsir buraxa bilib.

2016-cı ildə aparılan bir araşdırmada isə daha yaşlı yetkin insanların bu üsul vasitəsilə qavrama qabiliyyətini artıra biləcəyi müəyyənləşib. Ola bilsin ki, daha gənc insanlar da bu yolla beyin funksiyasını artıra bilərlər.

2015-ci ildə sağlam yetkin yaşlılar üzərində aparılan bir tədqiqat göstərib ki, neyrorəy təlimi diqqəti artıra və diqqət yayınmasını azalda bilər.

Real-vaxt fMRT-nin potensialından istifadə edərək insan hər gün beynini idarə etməyi öyrənə bilsə, necə olar?

 

Başqa yeni araşdırmalar da, bu təlimin müharibə veteranlarında Postravmatik Stress Pozuntusu (PSP), depressiya, təlaş və hətta siqaret aludəçiliyinin müalicəsi üçün də istifadə oluna biləcəyini göstərib.

Texas Universitetindən James Sulzer və həmkarları tərəfindən aparılan digər bir tədqiqat isə göstərib ki, iştirakçılar dopamin neyroötürücüsü səviyyəsini nəzarətdə saxlaya bilərlər.

Bu tətbiqetmə Parkinson xəstəliyinin müalicəsində istifadə oluna bilər.

Şəkil: Real-vaxt fMRT-nin potensialından istifadə edərək insan hər gün beynini idarə etməyi öyrənə bilsə, necə olar?

Tədqiqat göstərib ki, texnologiya saysız formalarda istifadə oluna bilər, amma bunun uzun müddət effektiv qalması və praktik olub-olmaması hələ aydın deyil. Real-zaman fMRT-si üçün bahalı avadanlıq lazım olduğuna görə onun istifadəsi ən kəskin şərtlərdə işə keçir.

Fəqət, istənilən yeni texnologiya kimi fMRT skanerləri də vaxt keçdikcə ucuzlaşacaq, daha kiçik və asan əldə olunan alətə çevriləcək.

Bu isə imkanlarla dolu yeni bir dünya deməkdir. Hələ tam potensialını bilmədən belə, onun bir idmançı və ya bodibilder üçün nə dərəcə əlverişli olacağını təsəvvür etmək çətin deyil.

Hansı hərəkətlərin faydalı olduğunu və ya olmadığını müəyyənləşdirmək adi halda mümkün deyil. İstənilən bacarıq vizual nəticə tələb edir və bunu beyin məşqlərinə də şamil etmək olar.

Real-vaxt fMRT-nin potensialından istifadə edərək insan hər gün beynini idarə etməyi öyrənə bilsə, necə olar? Əgər 10 dəqiqəlik sessiya statistik baxımdan böyük nəticələrə gətirib çıxarırsa, 10.000 saatlıq sessiyalar nələrə səbəb olar? Cavab tam bəlli olmasa da, "zehni gücə" bənzər bir şeyi gözardına vurmaq olmaz.

Neyrorəy məşğələsi rahiblər tərəfindən göstərilən bacarıqları izah edə bilər.

Belə ki, onlar dözülməz ağrıya məhəl qoymamağı bacarırlar. Məsələn, soyuq otaqda nəm dəsmalı bədənlərinə bürüyərək bədən temperaturu ilə qurutmaq.

Texnologiyanın potensialı tam bəlli olmasa da, meditatorların illərlə inkişaf etdirə bildikləri xariqüladə bacarıqları qısa vaxt kəsiyində reallaşdırmağa inanmamaq olmur.

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR