Dərc edildi: Baxış sayı: 245
Zaxarovadan Paşinyana cavab: “Öz əməllərinə görə məsuliyyət daşımağı bacarmaq, günahkar axtarmamaq lazımdır”
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanı öz əməllərinə görə məsuliyyət daşımağa, günahkarlar axtarmamağa çağırıb.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Öz əməllərinə görə məsuliyyət daşımağı bacarmaq, günahkar axtarmamaq lazımdır. Günahı başqasının üzərinə atmamaq, məsuliyyəti öz üzərinə götürməyi bacarmaq lazımdır. Siyasətçi, dövlət xadimi ilə ölkənin mənafeyini düşünməyən, yoldan keçən adamın fərqi budur. Əks halda bu, bir az pis rəqqas haqqında hekayəyə bənzəyir”, - M.Zaxarova bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət