Slimfit
  1. SİYASƏT

Zaxarova: "Rusiya XİN Bakı və İrəvan ilə məsləhətləşmələr aparmağa hazırdır"

Zaxarova: "Rusiya XİN Bakı və İrəvan ilə məsləhətləşmələr aparmağa hazırdır"
Sakura

Zaxarova: "Rusiya XİN Bakı və İrəvan ilə məsləhətləşmələr aparmağa hazırdır"

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə məsləhətləşmələr aparmağa hazırdır.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat brifinqində bildirib.

"Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dəstək üzrə nazirin xüsusi nümayəndəsi İqor Anatolyeviç Xovayev uyğun məsləhətləşmələr aparmaq üçün regiona gəlməyə hazırdır", - deyə diplomat sülh müqaviləsinin imzalanmasına dair suala cavab verərkən bildirib.

O qeyd edib ki, Ermənistan və Azərbaycan hələ razılaşdırılmış sənədin versiyasını dərc etməyiblər.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR