
Dərc edildi: Baxış sayı: 274
Zaxarova Moskvada Heydər Əliyevin abidəsinin quraşdırılmasını mühüm mədəniyyət hadisəsi adlandırıb
"Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin abidəsinin ucaldılması Moskva və Bakı üçün mühüm mədəni-humanitar hadisə olacaq".
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Biz bu parlaq, qeyri-adi, istedadlı şəxsiyyətin və dövlət xadiminin xatirəsini qoruyub saxlayır və ona böyük sevgi və hörmətlə yanaşırıq", - deyə o bildirib.
Zaxarova, həmçinin xatırladıb ki, 2023-cü ildə Moskvada və Rusiyanın digər şəhərlərində Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı anım tədbirləri keçirilib.
загрузка...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət