Zaxarova: Dağlıq Qarabağla bağlı bəyanatlar münaqişənin nizamlanmasında məqsədə daha tez çatmağa xidmət…
Dağlıq Qarabağla bağlı bəyanatlar münaqişənin nizamlanmasında məqsədə daha tez çatmağa xidmət etməlidir.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ötən ayın əvvəlində Ermənistanın baş naziri Nikol Paşinyanın təxribatçı açıqlamalarını şərh edərkən deyib.
M.Zaxarova bildirib ki, bu cür bəyanatlar nifaqa səbəb olur və danışıqlar prosesinə əlavə suallar gətirir:
“Bu cür bəyanatlar həssas danışıqlar prosesinin balansını poza bilər. Çox istərdik ki, tərəflər əsas məqamı rəhbər tutsunlar, bütün resursları dinc nizamlanmaya yönəltsinlər. Proses mürəkkəbdir və uzundur, fikrimcə, tərəflər daha tez irəliləməyin lazım olduğunu anlayır və bunun üçün bəyanatlar müvafiq olmalı, bu məqsədə xidmət etməlidir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət