Slimfit
  1. CƏMİYYƏT

Zaur Qurbanlının namizədliyi ləğv edildi

Zaur Qurbanlının namizədliyi ləğv edildi
Sakura

Zaur Qurbanlının namizədliyi ləğv edildi

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

Axar.az xəbər verir ki, iclasda ilk olaraq 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə baxılıb.

Məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. O təklifi ilə şikayətçi – Zaur Araz oğlu Qurbanlı zala dəvət edilib.

B.Əsgərov qeyd edib ki, şikayət konstitusion hüquqlara daxilir:

“Həmin şəxs – Zaur Qurbanlı mənim tələbəm olub. 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizədliyini irəli sürüb. Namizədliyi 18 dekabr tarixinli qərarla təsdiq olunub. Təəssüf ki, bəzi xüsusiyyətləri nəzərə almayıb. Bu məsələ araşdırılarkən Zaur Qurbanlı ilə əlaqə saxlanılıb. Zaur Qurbanlı 2013-cü ildə həbs edilərək 8 il müddətinə həbs edilib. Altı ay sonra ölkə prezidentinin sərəncamına əsasən əfv edilib. Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa Şurası Nazirlər Komitəsinin onunla bağlı qərarı var. Bunlara əsaslanaraq, Zaur Qurbanlı məhkumluğunun olmadığını bildirib. Məlum olub ki, Zaur Araz oğlu Qurbanlı öhdəlik ərizəsini təqdim edəndə məhkum olunduğunu bildirib. Həmçinin əfv edildiyini, həm də AİHM-in qərarını qeyd edib. Onun namizədliyi 20 saylı Nərimanov ikinci DSK tərəfindən 18 dekabrda təsdiq edilib. Ona imza vərəqələri verilib. Bundan sonra biz araşdıranda DSK öz qərarını izah edə bilmədi. Dekabrın 27-də biz o arayışı DİN-dən almışıq. Arayışda göstərilir ki, Zaur Qurbanlı 228.3-cü maddə ilə məhkum edildiyi göstərilir. Məsələnin hüquqi nüansı burdan yaranır. Cinayət Məcəlləsinin 83-cü maddənin tələbinə görə, məhkumluğu olmayan o şəxsdir ki, o, cəzasını çəkib qurtarandan sonra 6 il keçmiş olsun. Yəni, məhkumluq 6 il sonra götürülə bilər. Bu tarix cəzanın qalan hissəsinin azad edildiyi gündən hesablanır. Zaur Qurbanlı 29 dekabr 2014-cü ildə əfv edilib. Onun məhkumluğunun ödənilməsinə 1 il qalıb. Konstitusiyanın 85-ci maddəsinə görə, məhkum edilmiş şəxslər deputat ola bilməzlər. DSK da onların namizədliyini təsdiq edilə bilməz”.

B.Əsgərov qeyd edib ki, MSK Seçki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən aşağı seçki komissiyasının qərarını ləğv etmək məsələsinə baxa bilər.

MSK sədri M.Pənahov bildirib ki, bu, mübahisə doğurmayan məsələdir:

“Bizim 5 faiz hüququmuz olsaydı, şikayətçiyə kömək edərdik. Əgər qanunvericilik imkan vermirsə, ona kömək etmək imkanımız yoxdur”.

MSK üzvü B.Əsgərov Z.Qurbanlının namizədliyinin təsdiq edilməsinin əsassız hesab edilərək ləğv edilməsinə dair MSK-nın qərarını oxuyub.

İclasda iştirak edən Zaur Qurbanlı hüquqşünas olduğunu, namizədliyini irəli sürərkən AİHM-in və AŞ Nazirlər Komitəsinin qərarlarına istinad etdiyini bildirib.

Müzakirədən sonra 16 nəfər lehinə, bir nəfər bitərəf qalmaqla MSK-nın qərarı qəbul olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR