Dərc edildi: Baxış sayı: 489
Bu gün Zaqatala rayonunda yol infrastrukturunun tamamilə yenidən qurulması və müasirləşdirilməsi, bu…
Bu gün Zaqatala rayonunda yol infrastrukturunun tamamilə yenidən qurulması və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az-a verilən xəbərə görə, bu çərçivədə icra olunan layihələrdən daha biri 42 km uzunluğa malik Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğan marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulmasıdır.
Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğan marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının 3 istiqamət üzrə yenidən qurulması yekunlaşmaq üzrədir. Bu Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 128-ci km-dən ayrılan 9.8 km uzunluğa malik III texniki dərəcəli respublika əhəmiyyəti Zaqataladəmir yolu stansiyası avtomobil yolu, IV texniki dərəcəli 24 km uzunluğa malik yaşayış məntəqələrini birləşdirən yollar və 8.2 km uzunluğunda yaşayış məntəqələrinin daxili yollarıdır.
III və IV texniki dərəcəli çınqıl və asfalt-beton örtükdən ibarət avtomobil yolları uzun illər istismar olunduğundan yol örtüyündə aşınmalar, tor şəkilli çatlar, qabarma və çökmələr əmələ gəlmiş, yolların torpaq yatağı təbii relyef ilə eyni səviyyədə olduğundan dağılmalar və çökmələr yaranmışdır. Bu səbəbdən torpaq yatağının qaldırılmasına, yol əsasının və yolun asfalt-beton örtüklə təmir olunmasına ehtiyac yaranmışdır. Hazırda yenidənqurma işləri məhz bu çatışmazlıqları aradan qaldırmağa hesablanıb.
Layihəyə uyğun olaraq yollar boyu 97 min kub.m həcmdə mövcud asfalt-beton örtüyü sökülərək daşınıb, deformasiyaya uğramış örtük, yararsız yol əsası və torpaq yatağı qazılaraq çıxarılıb və kənarlaşdırılıb. Bunun əvəzinə 136 min kub.m həcmdə yolun torpaq yatağının təmiri, qazılmış hissələrin yenidən bərpası və yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılması üçün xüsusi qrunt gətirilərək yayılıb və kipləşdirilib.
Mövcud suötürücü borular sınmış və çökərək istismara yararsız vəziyyətdə düşdüyü üçün hazırda yollar boyu suötürücü boruların yenisi ilə əvəz edilməsi işləri aparılıb. Bunun üçün 500, 750, 1000 və 1250 mm diametrli 23 ədəd 291 paqon-metr uzunluğunda dəmir-beton suötürücü borular quraşdırılıb, 2 nöqtədə 24 paqon-metr uzunluğunda dördbucaqlı su keçidi inşa edilib, yolun altından kommunikasiya xətlərini keçirmək məqsədi ilə 6 yerdə 54 paqon-metr uzunluğunda 300 mm diametrli boruların quraşdırılması işləri aparılıb.
Tikinti norma və qaydalarına uyğun olaraq növbəti mərhələdə 390 min kv.m sahədə yol əsasının inşası işləri aparılır. Bunun üçün 20 sm qalınlıqda qum-qırmadaş qarışığından əsasın alt layı, 16 sm qalınlıqda isə optimal-çınqıl qarışığından əsasın üst layı inşa edilir. Yol əsası hazır olan hissələrdə asfaltlanma işlərinə də start verilib. Bu işlər ümumilikdə 265 min kv.m sahəni əhatə edəcək. Asfaltlanma işləri örtüyün alt layı üçün 6 sm qalınlıqda iri dənəli, üst layı üçün 4 sm qalınqlıda xırda dənəli asfalt-beton qarışıqlarından istifadə edilməklə həyata keçirilir.
Bundan başqa sözügedən hissədə, həmçinin yaşayış məntəqələrini birləşdirən yolda yerləşən iki mövcud avtomobil körpüsündə yararsız körpü məhəccərləri yenisi ilə əvəz edilib, məhəccərlərin oturacaq hissələri və təkərqaytaranlar monolit dəmir-betonla təmir edilib.
Layihənin sonuncu mərhələsi üzrə 17 min kv.m sahədə isə çiyin hissələr optimal-qırmadaş materialı ilə bərkidiləcək, 2700 kv.m sahədə 33 yol birləşməsi əsaslı şəkildə təmir ediləcək, 12 nöqtədə avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün 203 yol nişanı, 34 km göstəricisi və 970 siqnal dirəyi quraşdırılacaq, 125 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkilməklə 42 km uzunluğa malik Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğan marşrutu üzrə yeni və müasir yol infarstrukturu yaradılacaq və vətəndaşların istifadəsinə veriləcək.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət