Slimfit
  1. CƏMİYYƏT

Zaqatala, Lənkəran, Qəbələ - Bölgələrdə olan hava limanlarından niyə uçuşlar olmur?

Zaqatala, Lənkəran, Qəbələ - Bölgələrdə olan hava limanlarından niyə uçuşlar olmur?
Sakura

Zaqatala, Lənkəran, Qəbələ - Bölgələrdə olan hava limanlarından niyə uçuşlar olmur?

Azərbaycan hava nəqliyyatı sahəsində daşınma fəaliyyətlərinin təxminən 97 faizi Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportundan həyata keçirilir.

Halbuki ölkədə tam olaraq 12 mülki aeroport mövcuddur və bunlardan Zaqatala, Gəncə, Naxçıvan, Füzuli, Qəbələ və Lənkəran hava limanları beynəlxalq uçuşların keçirilməsi üçün nəzərdə tutulub. Dünyanın demək olar ki, əksər ölkələrində hava nəqliyyatı sahəsində uçuşların həyata keçirilməsini özəl aviasiya şirkətləri yerinə yetirir. Lakin təəəsüf ki, ölkəmizdə bu sahə ilə bağlı fəaliyyət göstərən yerli və ya xarici özəl şirkət demək olar ki, yoxdur. İqtisadçı-ekspert Natiq Cəfərli Referans.az-a açıqlamasında bir çox xarici ölkə şirkətlərinin Azərbaycanda olan hava limanlarından istifadə edilməsində maraqlı olduqlarını bildirib. Ekspert həmçinin bu cür şirkətlərlə əməkdaşlığın ölkə iqtisadiyyatına olduqca yüksək gəlir gətirəcəyini qeyd edib.

“Bu sahədə Azərbaycanda işləmək istəyən xarici şirkətlərə imkan yaratmaq lazımdır. Bir çox xarici ölkələrin, Türkiyənin, Polşanın və Macarıstanın şirkətləri Azərbaycan bazarında fəaliyyət göstərmək üçün çox maraqlıdır. Sadəcə bununla bağlı qərar verilməlidir. Rəqabətli mühitin yaradılmasına şərait yaradılmalıdır. Bu zaman avtomatik olaraq rəqabət mühiti həm də qiymətləri aşağı salacaq. Gürcüstanda fəaliyyət göstərən Kutaisi hava limanı buna ən yaxşı nümunədir. Ümid edək ki, yaxın vaxtlarda Azərbaycanda da buna imkan veriləcək. Onu da qeyd edim ki, cənubi Qafqaz ölkələri arasında bu sahədə ən çox və ən geniş potensialı olan ölkə elə məhz Azərbaycandır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR