Slimfit
  1. MARAQLI

Zanbaqlar-sultanların sevimli çiçəyi

Zanbaqlar-sultanların sevimli çiçəyi
Sakura

Zanbaqlar-sultanların sevimli çiçəyi

Hələ qədim zamanlardan əfsanə, nağıl və miflərdə zanbaq gülləri xatırlanır. Zanbaqlar qədim Yunanıstanda ümid, Rusiyada sülh və təmizlik, Fransada mərhəmət, Almaniyada isə sədaqət rəmzi sayılır. Onun vətəninin İran olduğu deyilsə də, Türkiyə ərazisində qədim zamanlardan becərildiyi məlumdur. Türkiyədə zanbaq lala kimi məşhurdur. Osmanlıda zanbaq sultanların sevimli çiçəyi olub, sarayların və malikanələrin bağçasını bəzəyib.

Hər bahar zanbağa həsr olunmuş bayram mərasimləri keçirilib. Osmanlı imperiyasının bir dövrü məhz onun adı ilə “lalə dövrü” adlandırılıb. XVI əsrin ortalarından Avstriya imperatotunun elçisi ilk dəfə zanbağı məhz türkiyədəki bağçalardan birində görüb. Tanımadığı çiçək onu heyran edib və nəticədə 1554-cü ildə çoxlu miqdarda toxum Vyanaya aparılıb. Bundan sonra zanbaq Avropanı dolaşmağa başlayıb. Qısa bir müddət ərzində gözoxşayan çiçək nəinki Avstriyada, həmçinin Fransa, İngiltərə, Almaniya, sonradan isə Amerikada populyarlıq qazanıb.

XVI əsrin ortalarında zanbaqların artıq 300-ə yaxın növü məlum idi. Çiçək özünün ən böyük şöhrətini 1634-cü ildə ayaq açdığı Niderlandda qazanıb. Onları Niderlandın Amsterdam və başqa şəhərlərin küçə və meydanlarında əkməyə başlayıblar. Hollandiyalı bağbanlar dünyanın müxtəlif ölkələrinə ixrac olunan zanbaqların çoxlu növlərini yetişdiriblər. Hazırda zanbaqların dünyada 2500-dən artıq növü var. Onların arasında qara və göy, çoxləçəkli və hamar, kiçik və iri, alçaqboylu və üç metrə qədər hündürlükdə olan növləri mövcuddur. Hər bahar İstanbul parklarında zanbaq festivalı keçirilir.

Məşhur Keukenhof parkı da zanbaqları ilə məşhurdur. Parkın ərazisində hər il yüz min müxtəlif növdə 4,5 milyon zanbaq, sünbülçiçəyi, nərgizgülü və digər bitkilərin olduğu 7 milyona qədər çiçək əkilir. Xalq təbabətində zanbaqdan çəkilmiş yağı yanıq yaralarının müalicəsində istifadə edilir, qulaq ağrılarında damcı dərmanı kimi qulağa tökür, ətriyyatda ondan faydalanırlar. Bitkinin həlimi və soğanağını yarasağaldıcı kimi də istifadə edirlər. Gülündən çəkilmiş nektar zeytun yağında saxlanılandan sonra yara və yanıqlara çəkiləndə yaxşı səmərə verir.

 

Mənbə: Azertag.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR