Dərc edildi: Baxış sayı: 291
Zalujnı Milliylə danışdı: Ukrayna ordusu irəliləyib
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ilə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli arasında telefon danışığı olub.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna silahlı qüvvələrinin komandanı Valeri Zalujni Teleqram hesabında məlumat verib.
“Ukrayna Silahlı Qüvvələri düşmənin super mürəkkəb minalanmış sahələrinə, tank əleyhinə maneələrə və atəşin məhv edilməsi sisteminə baxmayaraq, düşmən qüvvələrini metodik olaraq məhv edir və ərazilərimizi işğaldan azad etmək üçün hücum əməliyyatlarını davam etdirir. Həmçinin, Ukrayna bir neçə istiqamətdə irəliləyiş əldə edib”, - o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət