Slimfit
  1. DİN

Zalım kimdir? Zülmdən necə qurtulmaq?

Zalım kimdir? Zülmdən necə qurtulmaq?
Sakura

Zalım kimdir? Zülmdən necə qurtulmaq?

"Aşura" ziyarətində bir neçə dəfə zalımlar lənətlənirlər. Bəs heç indiyə qədər düşünmüsünüzmü ki, zalım kimlərdir? Zülm ancaq o deməkdir ki, kimisə öldürəsən və ya haqqını tapdalayasan? Zülmün həqiqi mənası nədir? (Tebyan)

Əllamə Məclisi buyurur: "Zülm odur ki, bir şeyi öz yerindən qeyrisində qoyasan". Lüğətdə isə zülmün mənası - yersiz iş görmək və mötədilliyi aşmaqdır. Ona görə də hər bir əqli və şəri qəbahətlər və rəzilliklər zülm sayılır. Bu zülm ümumidir. Zülmün başqa bir mənası isə odur ki, başqasına əziyyət verəsən: öldürəsən, qanını tökəsən, təhqir edib, söyüş söyəsən, qeybətini edəsən, malını qarət edəsən. Bu zülm isə xüsusi zülmdür. Quran ayələrinin və hədislərin ən çox söz açdığı zülm - bu zülmdür. Çox zaman birinci mənadan qafil oluruq. Onun da zülm olduğunu unuduruq. Əməlimizi zülm hesab etmirik.

Zülmü üç dəstəyə bölmək olar: Allaha edilən zülm, özünə edilən zülm və başqasına edilən zülm. Allahın bağışlamadığı zülm şirkdir. Allah o zülmü bağışlayar ki, insan öz nəfsinə edər. Ancaq o zülm ki, Allah ona icazə vermir, haqqun-nasdır.

Günahı zülm adlandırmaq olar. Günah elə bir şeydir ki, zülmün üç dəstəsinə də şamil olar. Çünki insan bir günah edən zaman istər-istəməz özünə zülm edər, Allahdan qafil olar və bu zaman varlıq aləminin nizamını da pozar. Əgər insan öz məqsədini unutsa və qafil olsa, nəinki özünə zülm etmiş olar, bəlkə varlıq aləminin bütün səyini alt-üst etmiş olar. Bundan böyük zülm olmaz, həm özünü məhrum edər və həm də başqalarını.

İnsan varlıq aləminin nizamını günahı vasitəsilə pozduğu üçün məqsədindən get-gedə uzaqlaşar. Varlıq aləminin nizamı halqa kimi bir-biri ilə bağlıdır. Hər birinin hərəkəti çarəsiz başqasına təsir edər.

İmam Əli (ə) buyurur: "Əgər elmi öz mədənindən çıxartsaydılar, xeyiri onun yerində axtarardılar. Haqq yolunu aydın şəkildə gedərdilər və yollar sizin üçün aydın olardı. Hidayət nişanələri aşkar olardı və İslam alovu sizi bürüyərdi. Belə olan zaman heç kəs həyatın ağır yükünü və ailəsinin xərcini hiss etməzdi. Heç bir müsəlman ki, müsəlmanlıq əhdi bağlayıb - zülmə məruz qalmazdı".

İmam Əli (ə) bu nurani sözlərində dinin ictimai hədəflərinə işarə etmişdir. Yəni, dinin ardınca düzgün yolla getmək, dini düzgün tanımaq sağlam və agahcasına olmalıdır. Bu cəmiyyətdə ədalət hakimdir, zülm və məhrumiyyət yoxdur. Bu hədəf - Quranın və İslamın hədəfidir.

İnsan ən kiçik günahı ilə belə zalımlardan sayıla bilər. Nəticədə o, da zalım kimi lənətlənə bilər. Ona görə də hər bir Əhli-beyt (ə) davamçısı gərək kiçik günahlardan belə çəkinsin ki, zalımların sırasına daxil olmasın.

Səmaə nəql edir ki, Həzrət Əbul Həsəndən (ə) eşitmişəm ki, buyurub: "(İtaət və bəxşişi) çox xeyir kimi hesab etməyin. Kiçik günahı az hesab etməyin. Çünki kiçik günahlar toplanar və çoxalar. Gizlində Allahdan qorxun və insaflı olun".

Yəni, bir qərara gələn zaman hətta öz ziyanınıza olsa belə, haqqa görə qərar çıxardın. Allahdan həm gizlində və həm də aşkarda qorxan insan belə edərdi.

Mənbə: Milli.Az 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR