Dərc edildi: Baxış sayı: 560
Zakir Qaralov qəbul keçirəcək
Baş prokuror Zakir Qaralov cari il iyunun 28-də saat 10:00-da Astara rayon prokurorluğunun inzibati binasında Astara, Lerik və Yardımlı rayon sakinlərinin qəbulunu keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Astara rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət