Dərc edildi: Baxış sayı: 333
Zakir Nuriyev: 'Azərbaycanda devalvasiya üçün fundamental əsas yoxdur'
Çinin Vuhan əyalətindən yayılan və dünyanı cənginə alan koronavirus neftə tələbatı azaldıb.
Bu səbəbdən neftin qiyməti getdikcə ucuzlaşır. Bəs neftin qiymətinin gündən-günə düşməsi manatın məzənnəsinə necə təsir edəcək?
Rəsmilər əhalini təşvişə düşməməyə çağırır.
İqtisadi İslahatların Təhlili və Komunnikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı mətbuata açıqlamasında Azərbaycan manatının öz sabitliyini qoruduğunu bildirib.
İqtisadçı Pərviz Heydərov isə naratlığa əsas olduğunu düşünür, ancaq "ciddi təhlükə mövcud deyil” deyə əlavə edir.
"Biz unuduruq ki, ölkə iqdisadiyyatının real vəziyyəti və bir sıra makroiqtisadi göstəricilərimizin dayanıqlılıq vəziyyəti, hazırkı Azərbaycanın iqdisadiyyatı, valyuta bazarımızın mövcud vəziyyəti 2015-2016-cı illərdəki kimi deyil. 2015-ci ildə Azərbaycanda iki dəfə devalivasiya baş verərkən dünya iqdisadiyyatında yalnız neftin qiymətinin düşməsi ilə əlaqədar olaraq xarici təzyiqlərə məruz qalmışdıq. Amma indi elə bir vəziyyət yaranıb ki, ölkələr arasında bütün əlaqələr kəsilib, ümumi ticarət səviyyəsi, mal dövriyyəsi aşağı enib. Real vəziyyətdə milli valyutaların dəyərinin aşağı salınması belə öz effektivliyini itirib. Yəni ölkə iqdisadiyyatının 5-6 il öncəki vəziyyətlə müqayisədə daha müqavimətli olması sarıdan milli valyuta üçün hələlik heç bir təhlükə yaratmır”,- Pərviz Heydərov söyləyir.
İqdisadçı Natiq Cəfərli isə manatın sabitliyi ilə bağlı verilən rəsmi açıqlamaların o qədər də inandırıcı gəlmədiyini bildirir.
"2015-ci ildə də manatla bağlı heç bir problem olmadığını söyləyirdilər. Nəticə etibarı ilə neftin qiymətinin kəskin aşağı düşməsi devalivasiyaları qaçılmaz etdi. Hətta birinci devalivasiyadan öncə Elman Rüstəmovun məşhur çıxışı var idi ki, heç bir problem yoxdur, manat sabitdir. Cəmi 2 gün sonra manatda birinci devalivasiyanın şahidi olduq”.
İqdisatçının sözlərinə görə neftin qiymətinin düşməsi Azərbaycan manatına böyük basqı yaradır. "Mərkəzi bankın 6.3 milyon dollara yaxın ehtiyatı var, Neft fondunda da təqribən 34 milyarda yaxın ehtiyat var. Amma bunlar boş yerə xərclənəcək vəsait deyil, bunların öz məqsədi var. Aşağı neft qiymətləri həftələrlə, aylarla sürsə Mərkəzi Bankın devalivasiyaya getməkdən başqa çarəsi qalmayacaq”, - N.Cəfərli bildirir.
Amma o, əmindir ki, bayramlardan öncə hər hansı bir hərəkətlilik olmayacaq.
Natiq Cəfərlinin qənaətincə, indiki durum davam etsə aprelin sonu, mayın əvvəlində devalivasiya ilə bağlı bir qərar verilə bilər.
Mənbə: toplum.tv
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət