Slimfit
  1. HƏRB

Zakir Həsənov Türkiyənin Milli Müdafiə nazirinə başsağlığı verib

Zakir Həsənov Türkiyənin Milli Müdafiə nazirinə başsağlığı verib
Sakura

Zakir Həsənov Türkiyənin Milli Müdafiə nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən terrorla mücadilə əməliyyatında hərbi qulluqçuların həlak olması və xəsarət alması ilə əlaqədar Türkiyənin Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, başsağlığında deyilir: “Qardaş Türkiyə Respublikasının Silahlı Qüvvələri tərəfindən uğurla həyata keçirilən terrorla mücadilə əməliyyatında hərbi qulluqçuların həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır.

Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və var gücümüzlə dəstəkləyirik.

Şəhidlərimizə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR