Slimfit
  1. SİYASƏT

Zakir Həsənov komandir-rəis heyəti qarşısında tapşırıqlar qoydu

Zakir Həsənov komandir-rəis heyəti qarşısında tapşırıqlar qoydu
Sakura

Zakir Həsənov komandir-rəis heyəti qarşısında tapşırıqlar qoydu

Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2019-cu tədris ilində Azərbaycan Ordusunun hazırlığının yekunlarına dair Müdafiə Nazirliyi Kollegiyasının geniş iclası keçirilib.

Nazirlikdən verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordunun komandanı general-leytenant Kərəm Mustafayev Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığına əsasən, cari il ərzində ordu quruculuğu sahəsində aparılan islahatlar, Azərbaycan Ordusunun döyüş fəaliyyəti, silah və texnika ilə təchizatı, maddi-texniki və tibb təminatı, kadr islahatları, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, həmçinin əldə edilən nailiyyətlər barədə məruzə ilə çıxış edib.

Nazirliyin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən məsul zabitlərin iştirak etdiyi kollegiya iclasında Müdafiə naziri general-polkovnik Zakir Həsənov 2019-cu ildə xidməti döyüş hazırlığının yekunları və 2020-ci tədris ilində qarşıda duran əsas vəzifələr barədə yekun çıxışı edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Ordusuna verdiyi qiyməti, göstərdiyi diqqət və qayğını xüsusi qeyd edən Müdafiə naziri Ali Baş Komandanın rəhbərliyi ilə son illər ərzində əldə edilən nailiyyətlərdən danışıb.

General-polkovnik Z.Həsənov cari ildə həyata keçirilən tədbirlərin təhlilini apararaq döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı məsələlərini diqqətə çatdırıb, qoşunların döyüş qabiliyyətinin artırılması məqsədilə 2020-ci ildə icra olunacaq fəaliyyətlərlə əlaqədar komandir-rəis heyəti qarşısında tapşırıqlar qoyub.

Müdafiə nazirinin əmrinə əsasən, 2019-cu tədris ilində Azərbaycan Ordusunun qarşıda qoyulmuş tapşırıqların yerinə yetirilməsi, döyüş və səfərbərlik hazırlığının yüksəldilməsi, həmçinin hərbi intizamın möhkəmləndirilməsində yüksək nəticələr əldə etmiş hərbi qulluqçular təltif edilib və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Sonda kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR