Slimfit
  1. HƏRB

Zakir Həsənov: "Azərbaycan Ordusunun bütün uğurları yalnız islahatlar nəticəsində mümkün olub"

Zakir Həsənov: "Azərbaycan Ordusunun bütün uğurları yalnız islahatlar nəticəsində mümkün olub"
Sakura

Zakir Həsənov: "Azərbaycan Ordusunun bütün uğurları yalnız islahatlar nəticəsində mümkün olub"

"Azərbaycan Ordusunun bütün şəxsi heyəti adından Sizə dərin minnətdarlığımızı bildiririk. Orduda keçirdiyiniz islahatlar ordunun döyüş qabiliyyətinin artırılmasına, nizam-intizamın güclənməsinə və şəxsi heyətin sosial bazasının yüksək səviyyədə təşkil olunmasına yönəlib".

"Report" xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində keçirilən görüşdə şəxsi heyət adından ordu quruculuğuna göstərdiyi diqqətə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıq edərkən deyib. 

Nazir qeyd edib ki, bu gün Azərbaycan Ordusunun bütün uğurları yalnız bu islahatlar nəticəsində mümkün olub: "Bu gün şəxsi heyət Sizin orduya göstərdiyiniz diqqət və qayğını gündəlik həyatında hiss edir və Sizin etimadınızı doğrultmaq üçün hər an hər bir əmrinizi yerinə yetirməyə hazırdır və qadirdir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR