Zakir Həsənov: "Azərbaycan Ordusu qarşıya qoyulan istənilən tapşırıqların dəqiq icrasına hazırdır"
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun bundan sonra da qarşıya qoyulan istənilən tapşırıqların dəqiq icrasına hazır olduğunu qeyd edib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, Z.Həsənov bu barədə 2023-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında bildirib.
Nazir Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun regionda sülhün bərqərar olmasına zəmin yaratdığını vurğulayıb.
Z.Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında Ordumuzun fəaliyyətini yüksək qiymətləndirməsinin gələcək xidmətimiz üçün böyük stimul olduğunu bildirib.
İclasın yekununda çıxış edən general-polkovnik Z.Həsənov Ali Baş Komandan tərəfindən 2024-cü il üzrə Azərbaycan Ordusu qarşısında qoyulan tapşırıqları kollegiya iştirakçılarına çatdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət