Zakir Həsənov: 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələri 70-dən çox müxtəlif təyinatlı təlim keçirib
Azərbaycan Silahlı Qüvvələri 2019-cu ildə 70-dən çox əməliyyat-taktiki və komanda-qərargah təlimi və məşqi keçirib.
“Cari il ərzində Azərbaycan Ordusunun qoşun növləri cəlb edilməklə bir neçə genişmiqyaslı təlim, birlik və birləşmələrin iştirakı ilə 70-dən çox əməliyyat-taktiki və komanda-qərargah təlimi və məşqi keçirilib”, - deyə müdafiə naziri general-polkovnik Zakir Həsənovun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə ünvanladığı təbrikdə bildirilir.
Eyni zamanda, hazırlıq planına uyğun olaraq tədris ilində 15-dək briqada taktiki, 300-dən çox tabor (divizion) taktiki təlimi, eləcə də Hərbi Hava Qüvvələrində 80-dən artıq taktiki-uçuş və Hərbi Dəniz Qüvvələrində 6 gəmi-döyüş təlimi icra olunub.
O vurğulayıb ki, bu il ərzində hərbi hissələrdə müxtəlif təyinatlı 60-dək hərbi infrastruktur obyekti inşa edilib, müxtəlif təyinatlı 26 hərbi infrastruktur obyekti təmir olunub.
“Ordu quruculuğu prosesi yüksələn templə davam edir. Əminəm ki, Ali Baş Komandanın hər bir əmrinə hazır olacaqsınız”, - deyə Müdafiə Nazirliyinin saytında dərc olunmuş təbrikdə vurğulanır.*
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət