Dərc edildi: Baxış sayı: 525
Zabitlərin öz arzularına uyğun ehtiyata buraxılması qaydaları hazırlana bilər
Zabitlərin öz arzularına uyğun ehtiyata buraxılması qaydalarının hazırlanması təklif edilir.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.
Ombudsman qanunvericilikdə nəzərdə tutulmuş müddətdə xidmət keçməmiş kadr zabitlərinə, dövlət tərəfindən onların təhsilinə çəkilən xərclərin müvafiq müddət üzrə hesablanaraq onlardan dövlət nəfinə ödənilməsi şərti ilə öz arzularına uyğun ehtiyata buraxılması qaydalarının hazırlanmasını məqsədəuyğun hesab edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət