Slimfit
  1. UŞAQLAR ÜÇÜN

Yuxusuz gecələrə son! - Bu üsulla körpəniz 5 dəqiqəyə yatacaq

Yuxusuz gecələrə son! - Bu üsulla körpəniz 5 dəqiqəyə yatacaq
Sakura

Yuxusuz gecələrə son! - Bu üsulla körpəniz 5 dəqiqəyə yatacaq

Yeni körpəsi olan valideynlər üçün ən çətin məqam, şübhəsiz ki, körpənin tez-tez oyanması və yenidən çətinliklə yuxuya getməsidir. Körpələr adi bir insandan daha qısa və yüngül yatır. Lakin siz bu üsulla körpənizi cəmi 13 dəqiqəyə yatıra bilərsiniz.

Ens.az Referans.az-a istinadən xəbər verir ki, körpəni yuxuya vermək xüsusilə yeni valideyn olmuş şəxslər üçün çətin bir işdir. Əgər əvvəllər heç vaxt körpə yatırtmamısınızsa, bu sınaq müddətində yuxuya getmə ehtimalınız körpənizdən daha çox olacaq. Amma narahat olmayın. Yaponiyada aparılan araşdırmalar körpələri daha az səylə daha qısa müddətdə yatırmağa kömək edəcək metodu açıqlayıb. 

Yaponiyanın Riken Milli Elm İnstitutunda Kumi Kuroda adlı bir alim körpələrin müxtəlif yuxu üsullarına necə reaksiya verdiyinə dair araşdırma aparıb. Təcrübələr 7 aydan kiçik 21 körpə ilə aparılıb. Anaları tərəfindən yatırılan körpələr 4 fərqli yuxu üsulundan yalnız birində müvəffəqiyyətlə yatırılıb. 

Hər 30 saniyədən bir fərqli üsulların sınaqdan keçirildiyi araşdırmada körpələrin uşaq arabasına qoyulması və irəli-geri yellənməsinin zəif, lakin təsirli bir üsul olduğu qeyd edilib. Digər tərəfdən körpəni qucağa götürüb yatırmaq və ya sadəcə yatağına uzadıb yatmağını gözləmək heç bir faydası olmayan proseslərdir. Daha sonra isə tək işə yarayan üsul kəşf edildi. Uşaq ilə birlikdə gəzmək. 

Analar körpələri qucağında normal yeriş tempi ilə yeriyəndə körpələrin hamısı 5 dəqiqə ərzində ağlamağı dayandırır və böyük əksəriyyəti yuxuya gedir. Bu araşdırma körpənin 5 dəqiqə ərzində yatırıla biləcəyini üzə çıxardı, lakin körpələr yüngül yatdıqları üçün yatan körpəni dərhal yatağına uzatmaq onun yenidən oyanmasına səbəb olub. 

Bu mərhələdə edilməsi lazım olan, körpə ilk 5 dəqiqə yatdıqdan sonra 8 dəqiqə daha qucağınızda tutaraq yeriməyə davam etməkdir. Ümumilikdə, 13 dəqiqə davam edən bu gəzinti ilə körpə yuxudan oyanmır. Araşdırmanın yekun hissəsi körpələrin yatdıqdan sonra 8 dəqiqə ərzində oyandığını göstərdi. Beləliklə, onları 8 dəqiqədən çox yatmağa qoysanız, körpəniz oyanmayacaq. Körpənizlə gedərkən düz bir yolla getmək əvəzinə normal sürətlə dəyirmi masa ətrafında gəzmək ən təsirli nəticəni verir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR