Yuxusunda şəhid olacağını görən leytenant
Azərbaycanın qəhrəmanlarından biri də Şamaxının Qurdtəpə kəndində tarix müəlliminin tarix yazan oğlu leytenant Orxan Nəbiyevdir.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,“ARB Xəbər” şəhid leytenant Orxan Nəbiyevin keçdiyi həyat yolundan süjet hazırlayıb.
Qardaşı Əmirxan Nəbiyevin dediyinə görə, döyüşlərdə ilk dəfə Orxanla təsadüf nəticəsində Suqovuşanda qarşılaşırlar. Qızğın döyüşdə Orxan qardaşını ölümdən xilas edir. Əmirxan xatırlayır:
“Doğma birinin gözünün qabağında sağ olduğunu görürsən, qoxusunu duyursan və bu vaxt ermənilər atəş açdı. Orxan məni itələyib özü üstümə uzandı. Dedi ki, özünü qoru. Məndən ötrü, nəinki məndən, bütün Azərbaycandan ötrü canını verməyə hazır idi”.
Şücaətinə görə “Qorxmaz” ləqəbi ilə çağırılan Orxan axşam yuxusunda şəhid olacağını görür. Əsgərlərinə “bu gün şəhid olacağam, amma qardaşım bilməsin” deyir. Orxanla qardaşının son görüşü də elə yuxusunu gördüyü günün səhəri olur.
Orxan oktyabrın 14-ü Suqovuşan yüksəklərində gedən döyüşlərdə snayperlə başından vurularaq şəhadətə qovuşur.
Vətənin toxunulmazlığı, onun azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət