Slimfit
  1. MARAQLI

Yuxu problemini aradan qaldıran bitki çaylar

Yuxu problemini aradan qaldıran bitki çaylar
Sakura

Yuxu problemini aradan qaldıran bitki çaylar

Yüngül və orta dərəcəli yuxusuzluq problemlərindən bitki mənşəli çayların köməyi ilə xilas ola bilərsiniz. Bitki çayları əzələləri yumşaldıb, sinirləri sakitləşdirdiyi üçün şirin yuxu gətirir.

Gecə yaxşı yatdığınız üçün gün ərzində daha enerjili olursunuz. Ancaq sakitləşdirici təsirə malik çobanyastığı, pişikotu kimi bitkilərinn çayını həddindən artıq qəbul etmək zərərli ola bilər. Xüsusilə depressiya zamanı, yuxu dərmanları ilə birlikdə istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Yuxusuzluq problemini azaldan bitki çaylarını yatağa girməzdən 1 saat əvvəl için.

Qonaqotu çayı

Sakitləşdirici, əzələləri boşaldan və ağrı yumşaldıcı xüsusiyyəti olan qonaqotu xoşbəxtlik hormonları ifraz edir. Əhval-ruhiyyəni qaldırır, zehni yorğunluğu və mənfi düşüncələri aradan qaldırır. Qonaqotu bitkisinin bu xüsusiyyətlərini nəzərə alaraq 2-ci Dünya Müharibəsi zamanı alman ordusunda zərdab kimi istifadə edilib. Lakin otun həddindən artıq istehlak edilməsi halsızlığa səbəb ola bilər. Spirtli içkilər və sinirləri sakitləşdirən (depressiya, təşviş və yuxu dərmanları kimi) dərmanlarla birlikdə istifadə edilməməlidir.

Pişikotu çayı

Pişikotu çayı xüsusilə ağrı, menstruasiya sancısı, həzm problemlərini aradan qaldırmaq üçün istifadə edilə bilər. Əzələ ağrılarını və spazmalarını azaldır, həzm sistemini sakitləşdirir və qan təzyiqini salır. Bitkilər üzərində aparılan araşdırmalar göstərir ki, bu çay yuxu tənzimləyici kimi təsirli gücə malikdir. Yuxu gətirən və sinirləri sakitləşdirən digər bitkilərdə olduğu kimi pişikotu çayı da mərkəzi sinir sisteminə təsir etdiyindən hər axşam istifadəsi məsləhət deyil. Çünki bəzi insanlarda həyəcan hissinə yol açaraq yuxunu qaçıra bilər.

Mayasarmaşığı çayı

Rahatlaşdırıcı, yuxu gətirən və antiseptik bitki olan mayasarmaşığı gərginlik və narahatlıq səbəbindən baş verən yuxusuzluq problemi üçün istifadə edilir. Əsəbləri sakitləşdirir, mədə pozğunluğuna yaxşı təsir edir və baş ağrısını azaldır. Eyni miqdarda çobanyastığı çayı ilə də qarışdırmaq olar. Depressiya və hamiləlik dövründə istifadəsi qadağan edilir.

Çobanyastığı çayı

Yuxusuzluğu aradan qaldıran çobanyastığı çayı həzmi asanlaşdırır, əzələ spazmalarını azaldır, ağrıkəsici və antiseptikdir. Yüngül dərəcəli yuxu problemləri üçün olduqca təsirli olan çobanyastığı çayını eyni miqdarda mayasarmaşığı bitkisiylə qarışdırıb içmək olar.

Digər çaylar

Limon otu, melisa otu çayı sakitləşdirici xüsusiyyəti ilə yuxuya getməyi asanlaşdırır. Stressi aradan qaldırmaq və yuxusuzluq üçün yatmazdan 1 saat əvvəl içilir.

Yüngül və orta dərəcəli depressiya müalicəsində istifadə edilən adi dazı çayı sakitləşdirici təsirə malikdir. Stressi azaldaraq yuxu qaçıran fikirlərdən xilas olmağınıza kömək edir. Tərkibində olan "melatonin" adlı komponent yuxu keyfiyyətini artırır.

Bitki çaylarına qarşı dərmanlara olduğu qədər diqqətli olun. Çünki bitkilər dərmanlar kimi orqanizmdə müəyyən dəyişikliklərə yol açır. Yuxusuzluğa yaxşı təsir göstərən bu çayların mərkəzi sinir sisteminə təsirini də unutmamaq lazımdır. Bu çayları hər axşam içmək gələcəkdə daha ciddi yuxusuzluq problemlərinə gətirib çıxara bilər. Bu baxımdan az-az içmək təklif olunur. Hamiləlik və əmizdirmə dövründə olan qadınlar, həmçinin yuxu, depressiya, təzyiq, şəkər kimi problemlərə qarşı dərman istifadə edənlər həkimlə məsləhətləşmədən bu çayları içə bilməz.

Bunları nəzərə alıb yuxu problemini aradan qaldırmağın başqa yollarını sınaqdan çıxarın. Məsələn, yatağa girməzdən 2-3 saat əvvəl son yeməyinizi yeyin. Kofein tərkibli içkilərdən uzaq durun. Yaşıl çay kimi bəzi çayların da tərkibində kofein olduğunu unutmayın. Yataq otağında televizor izləməyin. Hər axşam eyni saatda yatağa girməyə çalışın və səhərlər eyni saatda oyanın. Gün ərzində yatmayın. Yataq otağını qaranlıq və sərin saxlayın. Gecə saatlarında şokolad kimi enerji verən çərəzlər yeməyin. Gündüz saatlarında idman etmək də yuxuya getməyi asanlaşdırır.

 

Mənbə: Matbuat.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR