Slimfit
  1. İDMAN

'Yuventus' yayda Pyaniçi 100 milyon avroya sata bilər

'Yuventus' yayda Pyaniçi 100 milyon avroya sata bilər
Sakura

'Yuventus' yayda Pyaniçi 100 milyon avroya sata bilər

Cari mövsüm yarımmüdafiəçi Miralem Pyaniç üçün "Yuventus" klubunda son ola bilər.

"Report" "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, "Qoca sinyora" 29 yaşlı yarımmüdafiəçinin satışı ilə heyətin yenilənməsi və yeni oyunçuların alınması variantını nəzərdən keçirir.

Bosniyalının transferi klubun büdcəsinə 100 milyon avroya yaxın gəlir gətirə bilər.

Pyaniç "Yuventus"a 2016-cı ilin yayında "Roma"dan transfer olunub. Onun komandaya keçidi turinlilərə 32 mln. avroya başa gəlib. Futbolçu cari mövsümdə klub səviyyəsində 39 oyunda iştirak edib, 4 qol vurub, 6 məhsuldar ötürmə verib. Pyaniçin klubla müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR