“Yuventus” Ronaldoya Turinə qayıtmaq üçün vaxt verib
İtaliyanın “Yuventus” klubu legionerlər üçün Turinə qayıtmaq üçün vaxt təyin edib.
Apasport.az saytının məlumatına görə, ölkə xaricindən olan bütün futbolçular aprelin 19-dək şəhərə qayıtmalıdır.
Bundan sonra oyunçular iki həftəlik izolyasiya dövrü keçməlidir. Bu addım İtaliya hökumətinin qərarı ilə atılıb.
“Yuventus”un ölkəni tərk edən futbolçuları arasında Kriştianu Ronaldo, Duqlas Kosta, Miralem Pyaniç və Sami Xedira yer alıb. Onlar hələ martın əvvəlində öz ölkələrinə yollanıblar. Bu oyunçulara Turinə qayıtmaq üçün bazar gününə kimi vaxt verilib.
Qeyd edək ki, İtaliya çempionatı koronavirus pandemiyası üzündən qeyri-müəyyən müddətə dayandırılıb. Bir müddət əvvəl ölkənin səhiyyə nazirinin müavini Pyerpaolo Sileri A seriyasının bərpa olunacağına şübhə etdiyini açıqlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət