Dərc edildi: Baxış sayı: 544
'Yuventus' baş məşqçisi ilə yollarını ayırıb
Massimiliano Alleqri növbəti mövsümdə İtaliyanın “Yuventus” komandasının baş məşqçisi olmayacaq.
"Report" Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis klub prezidenti Andrea Anyelli ilə birgə mayın 18-də bununla bağlı birgə mətbuat konfransı keçirəcəklər.
Qeyd edək ki, Alleqri "Yuventus"a 2014-cü ildə baş məşqçi təyin olunub. O, ötən müddətdə 5 dəfə İtaliya çempionluğu, 4 dəfə ölkə kubokunu və 2 dəfə Superkuboku əldə edib. Alleqri İtaliyada ardıcıl 4 mövsüm "qızı dubl" edən ilk baş məşqçidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət