Slimfit
  1. SİYASƏT

Yuşşenko: “Bakı siyasi Davosa çevrilib”

Yuşşenko: “Bakı siyasi Davosa çevrilib”
Sakura

Yuşşenko: “Bakı siyasi Davosa çevrilib”

“Bakı ən aktual qlobal problemlərin müzakirə olunduğu siyasi Davosa çevrilib”.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko deyib.

O qeyd edib ki, “şərlə mübarizə” üsullarının müzakirəsinin intensivləşdirilməsi çox vacibdir.

Sabiq prezidentin sözlərinə görə, hazırda Avropa ölkələrində bir neçə münaqişə ocağı qalmaqdadır.

“Biz Avropanın elə bir bölgəsində yaşayırıq ki, burada Gürcüstanda, Qarabağda, Dnestryanı bölgədə, Ukraynada münaqişələr var, ancaq bu münaqişələrin hər birində təcavüzkar eynidir”, - deyə Yuşşenko bildirib.

“Bu gün elə bir dövlət yoxdur ki, onun üçün təhlükəsizlik məsələsi vacib olmasın”, - deyə o əlavə edib.

Xatırladaq ki, bu gün Azərbaycanın paytaxtında 10-cu Qlobal Bakı Forumu işə başlayıb. Forumun builki mövzusu “Dünya bu gün: çağırışlar və ümidlər”dir.

Qlobal Bakı Forumu Azərbaycan Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən etibarən keçirilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR