Slimfit
  1. BİOQRAFİYA

Yusif xan

Yusif xan
Sakura

Yusif xan - Şirvan bəylərbəyi, şair

Yusif xan (?- 1625) — Şirvan bəylərbəyi, şair.

Yusif xan qulam qvardiyasından çıxan sahibmənsəblərdən idi. Qızılbaş olmasa da, Səfəvi sərkərdəsi təyin olunmuşdu. I Şah Abbas Səfəvinin hakimiyyəti dönəmində quşçu, mirşikar (ovçubaşı) vəzifələrinə təyin edilmişdi.

Yusif xan şahın nəzərində ucalmış, 1604-cü ildə Astrabad valisi, 1611-ci ildə Şirvan bəylərbəyi təyin edilmişdi.

Yusif xan 1625-ci ildə gürcü Mirav (Georgi Saakadze) tərəfindən Qarçıqay xanla bərabər öldürüldü.

Yusif xan şair idi. Azərbaycan və fars dillərində incə təbli şeirlər yazırdı. O, Şirvanda yaşayarkən sarayına bir çox şairlər cəlb etmişdi. Müşairələr təşkil edirdi. Özü vəziri Molla Həsən, Niyazi Ərəqi, Ərəşli Kəsbi və başqaları ilə deyişmişdi.

Yaradıcıllığı

Şirvandan əgər nifrət edib olsan dur,
Məzuri-sənin ey mərdi-məanəd məzur.
Şirvan dediyin mətlə xurşidi-dirəd,
Xurşid şüaində olur şəbpərəx kur.

 

Şeirləri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR