Dərc edildi: Baxış sayı: 474
Yuri Qaqarinin avtomobili hərraca çıxarılır
Kosmonavt Yuri Qaqarinin kosmosa uçuşdan sonra Kremlə gəldiyi avtomobil fevralın 15-də hərraca çıxarılacaq.
Bu barədə “RİA Novosti” informasiya yayıb.
Sözügedən avtomobili Yuri Qaqarin kosmosa uçuşdan sonra 1961-ci ilin 14 aprelində Moskvada idarə edib.
Bununla yanaşı hərraca ABŞ istehsalı “Cadillac Eldorado”, 1958-ci ilin Britaniya modeli “Bentley S1”, alman avtomobili “Borgward Isabella Coupe”, “Citroen DS 19”, 1938-ci ildə buraxılmış Ferrari 308 GTS Quattrovalvole” və digər avtomobillər çıxarılacaq.
Yuri Qaqarinin idarə etdiyi ZİL-111V avtomobilindən cəmi 12 ədəd buraxılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət