Dərc edildi: Baxış sayı: 558
Yurgen Klinsmann təyinatından 2.5 ay sonra vəzifəsindən ayrıldı
Almaniyanın "Herta" futbol komandası baş məşqçisi Yurgen Klinsmannla yollarını ayırıb.
"Report"un məlumatına görə, 56 yaşlı mütəxəssis bu barədə özünün "Facebook" səhifəsində paylaşım edib. O, Berlin təmsilçinin futbolçularına, azarkeşlərinə, məşqçilərinə və klub işçilərinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Yurgen Klinsmann 2019-cu il noyabrın 27-də "Herta"nın baş məşqçisi təyin olunub. Almaniyalı məşqçinin müqaviləsi mövsümün sonuna kimi nəzərdə tutulmuşdu. "Herta" Bundesliqada 21 turdan sonra 23 xalla 13-cü pillədə qərarlaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət