Dərc edildi: Baxış sayı: 717
Yunus Əmrə - Yandı yürəgim, dutuşdı bağrum, cigerüm kəbabdurur
Yandı yürəgim, dutuşdı bağrum, cigerüm kəbabdurur,
Aşiqlərin şərbətləri bu dərdüme sebəbdürür.
Bir neçələri eşq düzər, bir neçələri eşq bozar,
Bir neçələr əsrük gəzər, eylə kim var xərabdurur.
Eşq ile çalındı qələm, eşqə yesirdürür aləm,
Aşiqlər arasında Cəbrayıl dəxi hicabdurur.
Mədrəsələr müdərrisi oqumadılar bu dərsi,
Şöylə qaldılar aciz(ü) bilmədilər nə babdurur.
Əzazil do’vi qıldı, də’visi yalan oldı,
Yalan də’vi qılamın pes cəzası ezabdurur.
Ölməz eşq bilişləri, əsrük məclis xoşları,
Daim bunlarun işi çəngü şəştə rəbabdurur.
Yunus, imdi miskin ol, həm miskinlərə qul ol,
Zira miskin olanları arzulayan Çələbdiirür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət