Slimfit
  1. ƏDƏBİYYAT

Yunus Əmrə - Getdi bu qış zülməti, gəldi bahar yaz ilə

Yunus Əmrə - Getdi bu qış zülməti, gəldi bahar yaz ilə
Sakura

Yunus Əmrə - Getdi bu qış zülməti, gəldi bahar yaz ilə

Getdi bu qış zülməti, gəldi bahar yaz ilə,
Yeni nəbatlar bitdi, mövc urdı həp naz ilə.

Yenə mürğzar oldı, uş yenə gülzar oldı,
Tər nəğmə düzər oldı musiqidə saz ile.

Xoş xəbər gəldi dostdan, yaratdı bağü bustan, 
Elm oqır həzar dəstan bülbülləri raz ile.

Kim görmişdür bayquşun gülistana girdügin, 
Leyləklər zikr edəməz bir lətif avaz ilə.

Ya necə saqlar isən dürdanə göher olmaz, 
Kəklik kəkliklə uçar həmişə, baz baz ilə.

Əl quşı əldən-ələ, gül quşı güldən-gülə,
Bayquş viranə sevər, şahinlər pərvaz ilə.

Qanda ki bir gövdə var, kərkəslər anda üşər, 
Tutilər evin şəkker bulalar qəfəs ile.

Hər şəxsün kəndi tuşın kəndüyə tuş eylədi, 
Sadiqlər iqrar İlə, sufilər namaz ilə.

Cahil, münafiq, münkir cümlə oqlinə şakir, 
Aşiqlər didar sevər, ariflər niyaz ile.

Dərvişlik dedükləri dildə xəber dəgüldür, 
Həqq İle həqq olana anda mənzil düzilə.

Bən dərvişin deyənlər, yalan də’vi qılanlar, 
Yarın Həqq didannı görməyisər göz ilə.

Elmü əməl nə assı bir könül yıqdun isə,
Arif könül yapduğı bərabər Hicaz ilə.

Ulu divan qunla, anda qullıq sonla,
Bin təkəbbür verməyə bir gərib nəvaz ilə.

Əgriler əgri ilə, toğnlar toğn ilə,
Yalan yalam sevər, ğammazlar ğammaz ilə.

Kimi dükkanda baqar, kimi xoşluqlar sevər, 
Kimi bir pula möhtac, kimisi canbaz ile.

Qula nəsib degicək sultan əldən alamaz, 
Zülqemeyu neylədi ya Xızrü İlyas ilə.

Görməzmisin Ədhəmi, təxtini tərk eylədi,
Həqq qatında xas oldı bir əski palas ile.

Bu dünyayə inanma, dünyayı bənüm sanma, 
Neçələr bənüm demiş gedərlər xam bez ilə.

Eşq yağmun tamlası könül gögindən tamar, 
Sevgü yeli götürür yağmun ayaz ilə.

Yunus, imdi ğəm yemə, nedəm, nə qılam demə, 
Gəlür kişi başına əzəldə nə yazıla.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR