Yunus Əmrə - Əgər gerçək aşiq isən, boynundağı mənşur nedür
Əgər gerçək aşiq isən, boynundağı mənşur nedür?
Həqq yolma sadiq isən, yanlış sanu təzvir nedür?
Sımaq gərək könlün bütin, fasiddür qamu taətün,
Keçməyincə ibadətün Həqdən sana mə’zur nədür?
Çünki adun oldı fülan, həb dirligün oldı yalan,
Gəlsün bizə mə’ni bilən, həqiqətdə mestur nədür?
Tərk eylegil tən tərtibin, gedər səndən bənlik adm,
İçün imarət olmadın taşundağu məmur nədür?
Aydırsun kim, gözüm görür, də’viyi mə’niyə irür,
Gündüzin gün şö’le verür, bu gecə yanan nur nədür?
Gündə yer - gög gedə durur, qonşun səfər edə durur,
Əcəl bir-bir yudadurur, bu dünyeye məğrur nedür?
Mö’min isən gəl, gəl bərü, cəbbar ola bürcü baru,
Fəxr edelüm ərənləri, məlum olan münkir nədür?
Bunda bəli deyən kişi anda təmam olur işi,
Bizdən nişan istəyənə ol Həllacİ-Mənsur nədür?
Yunus, imdi söylə Heqqi, Allah oldı sana saqi,
Gedər könlündəki şəkki, əlündəki mənqur nədür?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət