Slimfit
  1. ƏDƏBİYYAT

Yunus Əmrə - Əgər eşqi sevərsən, can olasın

Yunus Əmrə - Əgər eşqi sevərsən, can olasın
Sakura

Yunus Əmrə - Əgər eşqi sevərsən, can olasın

Əgər eşqi sevərsən, can olasın,
Könüllər təxtinə sultan olasın.

Sevərsən dünyeyi möhnət bulasın,
Ərənlər sirrini qaçan tuyasın.

Dikən olma, gül ol ərən yolında,
Dikən olur isən oda yanasın.

Niyaz içün buyurdı Həqq namazı,
Niyazdan vay sana ğafil olasın.

Ərənlər nəfəsin əsa edin sən,
Əgər nəfsüne uyarsan fənasın.

İbadətlər başıdur tərki-dünya,
Əgər möminsən ana inanasun.

Atan, anan həqqin yetürdün isə,
Yeşil tonlar geyesin tonanasın.

Əgər qonşı həqqi boynunda isə, 
Cəhənnəmdən yarın baqi qalasm.

Yunus bu sözləri ərəndən aldı,
Sana dəxi gərək isə alasın.

Könülə girəni gö(y)nəndi derlər,
Könülə sən də gir kim, gö(y)nənəsin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR