Dərc edildi: Baxış sayı: 701
Yunus Əmrə - Canum qurban olsun sənün yoluna
Canum qurban olsun sənün yoluna,
Adı gözəl, kəndü gözəl Mühəmməd.
Gəl şəfaət eylə kemter quluna,
Adı gözəl, kəndü gözəl Mühəmməd.
Mö’min olanlarım çoqdur cəfası,
Axirətdə olur zövqü səfası,
On səkiz bin aləmün Mustafası
Adı gözəl, kəndü gözəl Mühəmməd.
Yedi qat gögləri seyran eyləyən,
Kürsinün üstində cövlan eyləyən,
Me’racmda ümmətini diləyən
Adı gözəl, kəndü gözəl Mühəmməd.
Dört çaryar anun gögçək yarıdur,
Anı sevən günahlardan bəridür,
On səkiz bin aləmün sultamdur,
Adı gözəl, kəndü gözəl Mühəmməd.
Sən Həqq peyğəmbərsİn şeksüz, gümansuz,
Sana uymayanlar gedər imansuz,
Aşiq Yunus neylər dünyayı sənsüz,
Adı gözəl, kəndü gözəl Mühəmməd.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət