Dərc edildi: Baxış sayı: 687
Yunus Əmrə - Bir əcaib eşq gəldi bəndə bu hal üstinə
Bir əcaib eşq gəldi bəndə bu hal üstinə,
Gögsümi təxt edindi, oturdı can üstinə.
Sən sultansın, bən qulam, sən gülsin, bən bülbüləm,
Hökmün aləmə yetər, nə kim var qul üstinə.
Əvvəl bahar olıcaq, ağaclar tonanıcaq,
Görincə mədh edərlər bülbüllər gül üstinə,
Görürsin aşiqləri, gəzərlər xəlq içində,
Kişi var görməz gözi, oturmış yol üstinə.
Sözlər eşitdüm deyü, Yunus, nüktə etməgil,
Dəxi yegrak aydur, var, əl vardur el üstinə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət