Slimfit
  1. AZƏRBAYCAN

YUNİSEF Azərbaycanda uşaqların inkişaf və sağlamlıq göstəricilərinin genişmiqyaslı tədqiqini aparacaq

YUNİSEF Azərbaycanda uşaqların inkişaf və sağlamlıq göstəricilərinin genişmiqyaslı tədqiqini aparacaq
Sakura

YUNİSEF Azərbaycanda uşaqların inkişaf və sağlamlıq göstəricilərinin genişmiqyaslı tədqiqini aparacaq

"YUNİSEF Azərbaycan hökuməti tərəfindən həyata keçirilən uşaqlar üçün milli fəaliyyət planının yaradılmasını dəstəkləyir".

"Report" xəbər verir ki, bu barədə YUNİSEF-in Azərbaycanda nümayəndəliyinin rəhbərinin müavini Min Yuan Dayanıqlı İnkişaf Məqsədlərinin Uşaqlar üçün Milliləşdirilməsi seminarında bildirib.

"Davamlı İnkişaf Məqsədlərindən 35-i bilavasitə uşaqların inkişafı ilə bağlıdır. Ölkənin inkişafı ilə uşaqların inkişafı arasında sıx əlaqə mövcuddur. Ən yaxşı uşaqlarla bağlı qoyulan sərmayədir. YUNİSEF bu gün Azərbaycan hökuməti tərəfindən həyata keçirilən uşaqlar üçün milli fəaliyyət planını dəstəkləyir", - o deyib.

M.Yuan həmçinin vurğulayıb ki, Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə başlanandan bəri 4 il vaxt ötüb və bu gün uşaqlarla bağlı bəzi maddələrin yenidən nəzərdən keçirilməsinə ehtiyac var.

"Biz birlikdə uşaqların rifahının yaxşılaşdırılması, onların maraqlarını və hüquqlarını qorumaq üçün milli fəaliyyət planının yaradılması üzərində çalışırıq. Həmçinin YUNİSEF 2021-ci ildə Azərbaycanda uşaqların inkişafı və sağlamlığı ilə bağlı göstəriciləri müəyyənləşdirmək üçün genişmiqyaslı demoqrafik araşdırma aparacaq. "Heç kim kənarda qalmamalıdır" prinsipi ilə işləyirik", -  YUNİSEF-in Azərbaycandakı nümayəndəlik rəhbərinin müavini bildirib.

O, bu proqram üzrə büdcənin düzgün bölüşdürülməsinin mühüm rol oynayacağını vurğulayıb: "Bu istiqamətdə yanlış yanaşma bizi müəyyən edilmiş Davamlı İnkişaf Məqsədlərinə nail olmaqdan məhrum edə bilər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR