Slimfit
  1. İDMAN

Yunis Hüseynov: "Kriştovao üzr istəsə də,  bağışlanmayacaq"

Yunis Hüseynov: "Kriştovao üzr istəsə də,  bağışlanmayacaq"
Sakura

Yunis Hüseynov: "Kriştovao üzr istəsə də,  bağışlanmayacaq"

"Məncə, maraqlı oyun oldu. "Qarabağ" Azərbaycanın ən yaxşı komandalarından biridir. Məqsədimiz qələbə qazanmaq idi. Hesabdan və oyundan narazı qalmadım. Komandamız hər oyunda belə döyüşkən olsa, daha yaxşı nəticələr əldə edə bilərik, yaxşı yerlər uğrunda mübarizə aparacağıq".

Ens.az Report.az-a istinadən xəbər verir ki,bunu "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının II turunda evdə "Qarabağ"la oyundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib.

O, bildirib ki, komandası Avropa Liqasının I təsnifat mərhəlisinin Albaniya "Laçi"si ilə matçında da pis təsir bağışlamamışdı: "Burada mərhələ bir oyundan ibarət olur. "Laçi" ilə oyunda da komandamız pis təsir bağışlamadı. Düzdür, elə də çox qol imkanımız olmamışdı. Amma dirəyə dəyən toplar, 100 faizlik qol epizodlarımız var idi. Uşaqlara demişəm ki, hər oyuna final matçı kimi çıxın. Bu gün də özlərini yaxşı tərəfdən göstərdilər. Getdikcə daha da yaxşı olacağıq.

55 yaşlı mütəxəssis komandanın düşərgəsini özbaşına tərk edən Aleksandr Kriştovaonun da məsələsinə aydınlıq gətirib: "O, heç kimin əlindən qaçmayıb. Bu mövsümkü iki oyunumuzda da əsas heyətdə oynayıb. Bizdən xəbərsiz gedib, səbəbini dəqiq bilmirəm. Bəlkə də, ailəsini görməyə gedib, amma yenə də icazə almalıdır. Özbaşına bilet alıb, testdən keçib və ölkəni tərk edib. Futbolçu gedəndə məşqçidən icazə almalıdır. Əgər məndən icazə almayıb gedibsə, deməli bu komandaya layiq deyil. Qayıdıb üzr istəsə də, yenə də bağışlanmayacaq".

Hüseynov çempionluq uğrunda mübarizə aparacaqlarını istisna etməyib: "Mən komandama da deyirəm ki, niyə çempionluğa oynamayaq? Bütün oyunlara yüksək motivasiya ilə çıxsaq, döyüşsək, niyə də olmasın? Amma hələ iki tur keçib. Bu dəqiqə kimisə sona salıb, kimisə də çempion etmək düzgün deyil".

Baş məşqçi oyundan əvvəl komandaya dediyi sözləri mətbuata açıqlamaq istəmədiyini vurğulayıb: "Bu, mənə aid olan sözlərdir. Buna görə də bunu burda açıqlamayacağam".

Futbolla 35 yaşında vidalaşdığını xatırladan Hüseynov təcrübəli futbolçuların hər zaman baş məşqçiyə dayaq olduğunu deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR