Yunanların Türkiyəyə qarşı F-35 həmləsi...
Yanvarın 7-də ABŞ-a səfərə hazırlaşan Yunanıstanın Baş naziri Kiriakos Miçotakis F-35 qırıcılarını satın almaq və F-35-lərin istehsalı proqramına daxil olmaq təklifini Donald Trampa çatdıracaq.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Yunanıstanın “Ta Nea” qəzeti yayıb.
Miçotakisin, “Maddi imkanlarımız olsa, F-35 satın almağı ciddi şəkildə düşünə bilərik, çünki onlar bazardakı ən müasir qırıcılardır”, - dediyi qeyd edilib.
Bildirilib ki, baş nazir Türkiyəyə qarşı ABŞ-Yunanıstan münasibətlərini gücləndirmək üçün F-35 məsələsindən istifadə etməyi planlaşdırır. Yunanıstan büdcəsinə ziyan vurmadan F-35 proqramına daxil olmaq istəyən baş nazirin Vaşinqtonda 2 ssenari üzrə hərəkət edəcəyi gözlənilir.
Miçotakis ilk mərhələdə Türkiyənin F-35 proqramından çıxarılmasından sonra yaranan boşluğu Yunanıstanla doldurmağa cəhd edəcək. Yunanıstanın istehsal prosesinə cəlb edilməsi gündəmə gətiriləcək. İkinci mərhələdə isə Yunanıstanın məhdud sayda F-35 qırıcısı alması aktuallaşacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət