Slimfit
  1. TÜRKİYƏ

Yunanıstandan qalmaqallı görüntülər! Türk Bayrağını yandırdılar

Yunanıstandan qalmaqallı görüntülər!  Türk Bayrağını yandırdılar
Sakura

Cümə namazı qılınan zaman, kilsələrdə matəm zəngi çalınıb

Ayasofyanın məscid elan olunmasından sonra burada ilk cümə namazı qılınması, Yunanıstanda  hiddətlə qarşılanıb.  Cümə namazı qılınan zaman, kilsələrdə matəm zəngi çalınıb, xüsusi ayinlər icra olunub və bayraqlar yarıya endirilib.  Saloniki şəhərində isə etiraz nümayişləri keçirilib və burada Türkiyə bayrağı yandırılıb.   

Adı çəkilən şəhərdə keçirilən etiraz aksiyalarında  çox sayda insan iştirak edib .  Türk Konsulluğunun yaxınlığında nümayiş edənlər Türk Bayrağını yandırıblar.  

Bununla əlaqədsar olaraq Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstana sərt reaksiya bildirib. Verilən rəsmi bəyanatda, "Salonikidə şanlı bayrağımızın yandırılmasına izn  verilməsini pisləyirik."  Bəyanatda deyilir: 

"Yunanıstan, Ayasofiya Məscidinin  ibadətə açılmasına  reaksiya göstərmək bəhanəsi ilə İslama və Türkiyəyə qarşı düşmənçiliyini bir daha ortaya qoydu.  Yunan Hökumətini və Parlament üzvlərini düşmən ifadələri ilə Salonikidə şanlı bayrağımızın yandırılmasına icazə verməsini qətiyyətlə pisləyirik. 

 Yenidən Ayasofyada ibadətləri həzm edə bilməyən Avropanın korlanmış övladları hiyləyə əl atdılar. Tarixdən dərs almamış bu irqçi başlar, şanlı Bayrağımıza hörmət etməyənlər, Egeydəki aqibətlərini xatırlamalıdırlar. Yunanıstan 567 ildir ki, oyana bilmədiyi Bizans xəyalından oyanmalı və tənbəlliyindən qurtulmalıdır. Yunanıstan,  ölkəsindəki tarixi məscidlərin sökülməsinə göz yuman və paytaxtında məscid olmayan Avropa İttifaqı qərarları ilə qeydiyyata alınan yeganə Avropa ölkəsidir.   Milli suverenliyindən istifadə etməklə bağlı hec bir ölkə Türkiyəyə  dərs verə bilməz. 

 Türk millətinin istəyi ilə ibadətə açılan Kəbir Məscidi, Ayasofya-i Şərif, torpaqlarımızın digər mədəni sərvətləri kimi  Türkiyəyə aid olub, əbədi olaraq mülkümüz və qorumamız altında  olacaqdır.  

Ayasofya məscidinin ibadət üçün açılması, 1972-ci il UNESCO-nun Ümumdünya Mədəni və Təbii İrsi Qoruma Konvensiyasının tələblərinə uyğundur. 

 Türkiyənin bütün dini hüquq və azadlıqlara bağlılıq və dözümlülük ənənəsinə uyğun olaraq, bütün dinlərə qucaq açan barış dini  İslamın məbədi Ayasofya-i Kəbir məscidi-i Şərifi  bundan sonra hamı üçün açıq olmağa davam edəcək. "  

Bundan başqa, Ayasofiyada cümə namazı vaxtı bütün kilsələrdə matəm zəngi çalınıb, xüsusi ayinlər edili,  Saloniki və Patrasdakı kilsələrdə, Bizans və Yunan bayraqları ilə müşayiət olunan xüsusi mərasimlərdə  Ayasofiyanın  "xilas edilməsi" üçün Məryəm anaya dua edildi.  Afinada Böyükşəhər Kilsəsində təşkil edilən xüsusi mərasimdə,  Yunan Yepiskopu İeronimos tərəfindən   Bizans dövründən qalan Məryəm Anaya həsr edilmiş İstanbul haqqında minnətdarlıq ilahiləri oxunub.  

San Sinotun çağırışı ilə ölkənin hər yerində kilsələrdə gecə ayinləri təşkil edilib.  Yunan televiziya kanalları, Ayasofiya Meydanından etdikləri canlı bağlantıları, "Xristianlar üçün qara günlər", "Ərdoğan dediklərini etdi" şəklində açıqlamalar ediblər. 

Televiziya kanalları prezident Rəcəb Tayyib Ərdoğanın məsciddəki duasından əvvəl Quran oxumasını da ekranlarda canlı olaraq  yayımlayıblar.  

Ayasofiyanın məscidə çevrilməsinə ilk təpki göstərən ölkələrdən olan Yunanıstan prezidenti Katerina Sakelaropulu "Türkiyənin Ayasofiyanı, məscidə çevirməsi birbaşa Yunanların  tarixi yaddaşını təhrik etməsi" olduğunu irəli sürüb. 

Yunanıstanın mədəniyyət naziri Lina Mendoni, "Prezident Ərdoğan millətçi idi və ölkəsini 6 əsr geriyə apardı" deyib.  

Xarici İşlər Naziri Nikos Dendias, Ayasofyanın yenidən məscidə çevrilmə qərarını "YUNESKO-ya qarşı meydan oxuma" hesab edir.  

Mənbə: www.haber.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR