Slimfit
  1. DÜNYA

Yunanıstandan ağır qərar: Onlar Türkiyəyə qaytarılır

Yunanıstandan ağır qərar: Onlar Türkiyəyə qaytarılır
Sakura

Yunanıstandan ağır qərar: Onlar Türkiyəyə qaytarılır

Yunanıstan hökuməti adalarda vəziyyətin dözülməz olduğunu nəzərə alaraq miqrasiya siyasətini sərtləşdirəcək.

Axar.az xəbər verir ki, hökumət minlərlə miqrantı digər ölkələrə, o cümlədən Türkiyəyə göndərməyi planlaşdırır. Bununla əlaqədar miqrantlar üçün təhlükəsiz ölkələrin siyahısı tərtib ediləcək və yaxın zamanlarda açıqlanacaq. Gələn ilədək Türkiyəyə 10 min miqrantın göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, son bir neçə həftədə Yunanıstanın Lesbos adasına miqrant axını güclənib. Burada ümumilikdə 12 min miqrant var. Adada fəaliyyət göstərən qaçqın düşərgəsi isə yalnız 3 min miqrant üçün nəzərdə tutulub. Vəziyyət gündən-günə gərginləşir. Düşərgələrdə yer çatışmazlığı tez-tez münaqişələrin baş verməsinə səbəb olur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR