Dərc edildi: Baxış sayı: 547
Yunanıstanda vergi pozuntuları dronlar vasitəsilə sənədləşdirilir
Yunanıstanın Santorini adasına Vergi Nazirliyi tərəfindən vergi pozuntularını aşkar etmək üçün dronlar göndərilib. Bir gün çəkən əməliyyat nəticəsindən dronlar vasitəsilə 25 min avro məbləğində 145 vergi pozuntusu qeydə alınıb. Ən çox vergi pozuntusu kiçik gəmilər vasitəsilə turistlərlə xidmət göstərən, qəbz verməyən sahibkarlarda aşkar olunub.
Pilotsuz texnikanın istifadəsi inspektorların hadisə yerinə gəlməyərək dəyərli məlumatı almasına xidmət edir. Ölkədə gələcəkdə dronların istifadəsini daha da artırmaq niyyətindədirlər.
Qeyd edək ki, dronlar artıq ABŞ, Böyük Britaniya, Yaponiya, Fransa və digər ölkələrin polis xidmətləri tərəfindən geniş istifadə olunur.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət