Dərc edildi: Baxış sayı: 251
Yunanıstan Ukraynaya S-300 göndərməyəcəyini bəyan edib
Ukraynaya S-300 və ya "Patriot" hava hücumundan müdafiə sistemləri göndərilməyəcək.
Ens.az Apa.az-a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib.
O bildirib ki, müttəfiqlər bu yardımların göndərilməsini xahiş etsələr də Rəsmi Afina bunu etməyəcək.
“Bizim Ukraynanı dəstəkləyə biləcəyimiz materiallar var və bu onlra verilib. Hesab edirəm ki, bu, düzgün seçimdir. Biz bunu davam etdirmək niyyətindəyik. Lakin qeyd olunan hava hücumundan müdafiə sistemləri Yunanıstanın hava məkanını qorumaq üçün kritik sistemlərdir və onlar Ukraynaya verilməyəcək”, - deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət